Xaçmaz rayonu ərazisinə yağan güclü leysan yağışı nəticəsində bir sıra fəsadlar yaranıb.
7times.az Baku TV-yə istinadla xəbər verir ki, rayon mərkəzi də daxil olmaqla yaşayış məntəqələrində fərdi yaşayış evlərinin həyət və zirzəmilərini su basıb. Elektrik təsərrüfatına ziyan dəyib.
Bu səbəbdən də rayonda elektrik enerjisinin verilişində`məhdudiyyət olub.
Yağan yağışla əlaqədar olaraq, rayonun fövqəladə hallar komissiyasına 800-ə yaxın müraciət olunub. Komissiyanın sədri Bəxtiyar Osmanov bildirib ki, hazırda mütəxəssislərin iştirakı ilə evlərə baxış keçirilir. İlkin olaraq leysan yağışlarının 300-ə yaxın evə zərər vurduğu məlum olub.
B. Osmanov əlavə edib ki, fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.
Follow @7timesaz