Müğənni Gülay Zeynallı “Xalq ulduzu” yarışmasında birlikdə çıxış etdiyi Şəhla Həmidovanın salonda masaj ustası çalışmasına reaksiya verib.
7Times.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi onun üçün aparıcılara müraciət edib. Gülay Şəhla üçün yardım istəyib:
“Şəhla xanımla “Xalq ulduzu”nun ifaçıları olmuşuq. Çox gözəl sənəti, həzin səsi var. Allah yolunu açsın, sənətini davam etdirsin. Heyifdi o səs, o sənət.Televiziya aparıcıları, xahiş edirəm, belə sənətçilərə dəstək olun. Siz axı bunu bacarırsınız”.
Follow @7timesaz