Maqazin

Gülayla Kamil ayrı evlərdə yaşayırlar: “Onun anası…”

Gülayla Kamil ayrı evlərdə yaşayırlar: “Onun anası…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Gülay Zeynallı “Səhər mərkəzi” verilişində qonaq olub.

7times-ın məlumatına görə, ifaçı proqramda ailəsindən danışıb:

“Atamı çox sevmişəm. Atası dəstək olan övladlara sözün yaxşı və pis mənasında həsəd aparmışam ki, niyə mən atamın yanında böyümürəm? Allahın yazdığı qisməti milyon bəndə gəlsə silə bilməz. Mən də qixsmətlə razılaşıb kənara çəkildim. Mən nə anama, atama, nə də bacılarıma pis övlad olmuşam”.

Gülay “Kamil Zeynallı ilə evinizi ayırmısınız” sualına da cavab verib:
“Allah hamıya nəsib etsin. Kamilin anasının, mənim anamın evi var. Mənim də evim və bağ var. Kamil yardımlarla bağlı orda da, burda da qalır. İnsanların düşüncəsidir…

Hər güclü kişinin arxasında qadın, qadının arxasında isə kişi olur. Kamilin adından deyirəm, onu Kamil edən anası, məni Gülay edən isə öz anamdır. Bizim valideynlərdən aldığımız tərbiyədir”. Lent.az