Məşhur türkiyəli müğənni Gülbən Ərgən xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib.
“Həftələrdir acını ən dərindən hiss edib, yaşayıb, qəbullanan və onunla mübarizə aparan ruhum sonda məni yıxmağı bacardı. Yaxşı ki, oldu, dayana bildim” deyə, yazan Gülbən xəstəliyinin nə olduğunu açıqlamayıb.
Müğənninin paylaşımında diqqət çəkən məqamlardan biri də xəstəxanada onu zıiyarətə gələnlər arasında oğulları – Atlas, Ares ve Güneylə yanaşı keçmiş həyat yoldaşı Mustafa Erdoğanın da olmasıdır.
Follow @7timesaz