“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alves cinsi təcavüzdə təqsirli bilinərək həbs edilməsi barədə növbəti dəfə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, “Itatiaia” onun dediklərini belə çatdırıb:
“Nəyin baş verib-vermədiyini yalnız iki insan bilir. Mən həqiqəti deyirəm. Günahsızlığım sübuta yetiriləcək. Hər şey qarşılıqlı razılıq əsasında olub. İttihamlarda göstərildiyi kimi heç kimi nəyəsə məcbur etməmişəm”.
Qeyd edək ki, Alves bu ilin yanvarından həbs olunub. Vəkilləri iki dəfə onun azadlığa buraxılması üçün apellyasiya şikayəti versələr də, məhkəmə cənubi amerikalı ilə bağlı mövqeyini dəyişməyib.
Follow @7timesaz