Hadisə

Günay qətldən 3 gün əvvəl atalığını polisə şikayət edibmiş – VİDEO 

Günay qətldən 3 gün əvvəl atalığını polisə şikayət edibmiş – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 2-sində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın qeyri-rəsmi nikahda olduğu Zaur Babayev tərəfindən yaralanması və onun qızı 2009-cu il təvəllüdlü Günay Şadatovanın öldürülməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

7Times.az Astar TV-yə istinadən xəbər verir ki, hadisədən 3 gün qabaq Günay anası ilə birlikdə ögey atası Zaur Babayevi təcavüzlə bağlı polisə şikayət edib.

Bildirilib ki, Zaur polis bölməsində 1 gecə saxlanılıb, sonra isə sərbəst buraxılıb.

Zaur Babayev ana və qızı onu polisə şikayət etdiklərinə görə cəzalandırıb.

Hadisə ilə bağlı Əfsanə Şadatovanın qonşusu və Zaur Babayevin atasının fikirlərini təqdim edirik: