Dünya

Gündə üç damcı ketçup yeyərək dənizdə köməksiz qalan dənizçinin həyatı xilas edildi – FOTO

Gündə üç damcı ketçup yeyərək dənizdə köməksiz qalan dənizçinin həyatı xilas edildi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabr ayında güclü fırtına baş verib və Fransua adlı dənizçinin kiçik qayığı ilə birlikdə Karib dənizinə aparıb. Axtarışlarda fəal iştirak edən Amerikanın “Heinz food” şirkəti xilas edilən dənizçiyə yeni yelkənli qayıq alacağını açıqlayıb. Adam demək olar ki, bir aya ancaq “Heinz” məhsulunu yeməsi sayəsində sağ qalıb.

7Times.az bildirir ki, Sint-Marten adasının sakini Elvis Fransua 5 milyona yaxın sosial media istifadəçisini əhatə edən və 4000-dən çox bəyənmə toplayan #FindtheKetchupBoatGuy adlı xilasetmə kampaniyası sayəsində xilas edilib.

Adamın təmir işləri apardığı gəmi limandan çölə atılıb. Fransua qeyd edib ki, o, peşəkar dənizçi deyil və bu səbəbdən yelkənli qayığı təkbaşına idarə edə bilməz. O, düz 24 gün açıq dənizdə olub.

Dostlara və ya qohumlara zəng etmək cəhdləri uğursuz olub, çünki şəbəkə çox zəif olub.

“Mənim oturub gözləməkdən başqa çarəm yox idi” – deyə dənizçi bildirib.

Fransuanın dediyinə görə, o, ümumilikdə 24 gün yolda qalıb. O, qayığın batmaması üçün içindəki suyu boşaltmağa məcbur olub, uğursuzluq siqnalı olaraq atəş açmağa cəhd edib və qayığın kənarına “Help” (yardım) yazıb.

Kişi gəmidə tapılan ləvazimatlar sayəsində sağ qalmağı bacarıb. Qayıqda ancaq quru rasion və ya digər ərzaq məhsulları əvəzinə yalnız sarımsaq tozu, bulyon və gündə üç dəfə qurtumladığı ketçupdan başqa heç nə olmayıb.

Nəhayət, Fransua onun üzərində uçan bir təyyarəni görüb və güzgüdən istifadə edərək ona siqnal göndərib. Pilot qayığı görüb, sahilə xəbər verib və dənizçi yaxınlıqdakı konteyner gəmisində təxliyə edilib. “Heinz”nümayəndələri daha sonra Zoom-da Fransua ilə danışa bilib və hazırda qayığı almaq üçün lazım olan logistik detallar üzərində işləyirlər.

#FindtheKetchupBoatGuy kampaniyası isə sosial şəbəkədə viral olub, 5 milyona yaxın sosial media istifadəçisinə çatıb və 4000-dən çox bəyənmə toplayıb.