Müğənni Günel Zeynalova Bakıda solo konsert verməyə hazırlaşır.
Axşam.az xəbər verir ki, bu haqda ifaçı izləyicilərinin suallarını cavablandırarkən deyib. O bildirib ki, 15 ildən sonra Bakıda səhnəyə çıxacaq:
“Oktyabrın sonunda Bakıda konsertim var. Tarixini yazacağam. 15 ildən sonra bəlkə də ad günümü səhnədə sevənlərimlə qeyd edərəm”.
Follow @7timesaz