Günel Zeynalova estetik etdirməsi xəbərlərinə sərt reaksiya göstərib.
7times.az xəbər verir ki, sevilən ulduz rəsmi “İnstagram” hesabından bununla bağlı açıqlama yayımlayıb:
“2021-in ilk maqazin xəbəri gəldi. Məndə neçə vaxtdır gözləyirdim ki, bunu haçan yazaqlar. Estetik əməliyyatı etdirdiyimi yazıblar. Amma səslə və sənətlə bağlı heçnə yazmazlar. Səs qalıb bir qıraqda, camaatın nələr etdiyini görmürlər amma ağzı olan danışır. Estetik əməliyyatı etdirməyimdən kimə nə? Nə etdirdiyimdən kimə nə? Mən tənqidlərə də açığam. Əsla tənqidə görə demirəm. Lakin camaatın səhifələrini estetik xəbərləri və mənimlə məşğul etməyin. Mənim səsimi, mahnımı paylaşın. Millətə nə mənim estetik əməliyyatımdan?”
Elmir Kərimli
Follow @7timesaz