Dünya

Günəş sisteminin kənarında qəribə obyektlər – Yeni Cırtdan planet hansıdır ?

Günəş sisteminin kənarında qəribə obyektlər – Yeni Cırtdan planet hansıdır ?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günəş sisteminin kənarındakı ən qeyri-adi obyektlərdən biri cırtdan Haumea planetidir. Bu cırtdan planet ilk dəfə 2004-cü ildə kəşf edilib.

 

Diametri təqribən 100 km-dir. Haumea 284 ildə Günəş ətrafında tam dövr edir.

 

Ən qəribəsi isə onun öz oxu ətrafında fırlanma müddətidir. Belə ki, Haumea günəş sistemindəki ən sürətli fırlanan obyektdir.

 

Cırtdan planet 4 saatda öz oxu ətrafında tam fırlanır. Başqa sözlə desək o Yer üzərində 1 gün keçir.
7Times.az  bildirir ki, NASA alimləri bu qəribə planetin necə meydana gəldiyi haqqında məlumat verib.
Haumea buz süxurlarından və kometalardan ibarətdir. Bu planet digər trans-Neptun obyektlərindən ibarət olan Günəş sisteminin kənarındakı Kuiper qurşağında yerləşir. Bu qurşaq Neptun orbitindən kənarda yerləşir.

Qeyd edək ki, bu Günəş sistemində səkkizinci və ən uzaq planet hesab olunur.

Açıklama yok.

 

Çox sürətli fırlanmasına görə, Haumea cırtdan planet Pluton (16 il əvvəl Günəş sistemində doqquzuncu planet olmaqdan çıxmışdır) kimi sferik deyil. Formasına görə reqbi topuna bənzəyir, yəni daha çox ellips formasına malikdir.

Lakin bu cırtdan planeti Kuiper qurşağındakı digər obyektlərdən fərqləndirən tək bu deyil. Haumea səthi günəş sisteminin kənarındakı digər cisimlərdən fərqli olaraq əsasən buzlaşmış su səthlərindən ibarətdir.

 

Cırtdan planetə yaxın olan və eyni orbitdə hərəkət edən buz obyektləri də eyni səthə malikdir. Alimlər onların hamısının eyni mənşəli olduğunu bildirir. Oxşar obyektlər vahid – Haumea ailəsini təşkil edir.

NASA alimləri Haumea və onun qohumlarının necə göründüyünü tam təyin etmək üçün kompüter simulyasiyalarından istifadə ediblər. Bu planet o qədər uzaqdır ki, mövcud teleskoplarla onun xüsusiyyətlərini dəqiq hesablamaq kifayət qədər çətindir.

NASA alimi Jessica Noviello:

“Tədqiqatlar və kompüter simulyasiyaları ilə biz artıq bildiyimiz lazımi məlumatları vermişik : planetin təxmini ölçüsü, təxmini kütləsi, həmçinin onun fırlanma sürəti. Bu məlumatdan istifadə edərək biz planetin necə olduğunu anlaya bildik. Siz bu planetin tarixini araşdırmazdan əvvəl onun mahiyyətini başa düşməlisiniz “-deyə bildirib.

Simulyasiya nəticələri isə Haumeanın yarandığı vaxt indikindən 3% böyük olduğunu sübut edib.

Açıklama yok.

 

Alimlər həmçinin Haumeanın əvvəlcə fərqli sürətlə fırlandığı və onun həcmi indikindən daha böyük olduğunu aşkar ediblər.
video oynatmaq

Tədqiqatlar həmçinin Günəş sistemi tarixinin lap əvvəlində Haumeanın başqa bir cisimlə toqquşduğunu göstərir. Bu toqquşma cırtdan planetdən parçaların qopmasına səbəb olub. Ancaq bu parçalar buz obyektlərinə çevrilməyiblər, əks təqdirdə belə güclü zərbə zibillərin kosmosa daha da atılmağına səbəb olacaqdı.

Alimlər Haumeyanı əhatə edən cisimlərin sonradan bu cırtdan planetin aktiv təkamül etdiyi zaman əmələ gəldiyini güman edir. Tədricən artan fırlanma sürəti buz parçalarının planetin səthindən uçmağa başlamasına səbəb olub.
Bu günə qədər alimlər Haumea cırtdan planetinin Hiiaka və Namaka adlı 2 peyki, həmçinin planetlər sistemi olduğunu müəyyən edib.
Bundan əlavə alimlər geoliosfer adlanan ulduz sistemini əhatə edən qabığa aid də mühüm kəşf ediblər. Alimlər ulduzlararası məkanda baş verən qəribə proseslərin mövcudluğunu müəyyən ediblər.
Açıklama yok.

Başqa bir cırtdan planet – Plutonun hansı sirlərə malik olduğu, eləcə də bu səma cismi haqqında bir sıra elmi jurnallarda kifayət qədər məlumatlar dərc olunub.
Növbəti yazılarda Sfera.az bu planet haqqında da maraqlı məlumatları təqdim edəcək.

Sfera.az