Güney Azərbaycandakı türklər dekabrın 12-də (21 Azər) bazar ertəsi günü ümummilli aksiyaya hazırlaşır.
“7Times.az xəbər verir ki, ümummilli aksiyanın davamında Azərbaycan gəncləri dekabrın 12-də (21 Azər) Azərbaycan milli hökumətinin xatirəsini “Milli hökumətin ədalət azadlığı” şüarı ilə yad etməyi planlaşdırır.
Dekabrın 12-si (21 Azər) Pəhləvi ordusu tərəfindən minlərlə azərbaycanlının qanının tökülməsinin və Seyid Cəfər Pişəvəri başda olmaqla, Azərbaycan milli hökumətinin süqutunun ildönümüdür.
Qeyd edək ki, bu baxımdan Güney Azərbaycanda milli və azad universitetlərin tələbələri bu milli aksiyaya geniş tətillə qatılacaq və dərslərə getməyəcəklər.