Maqazin

“Günün ən xoş xəbəri”

“Günün ən xoş xəbəri”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılıb.

Axşam.az xəbər verir ki, bununla bağlı aparıcı-prodüser Tarix Əliyev (Tolik) video yayımlayıb.

Sevindiyini deyən Tolik “Günün ən xoş xəbəridir. Axır ki, Məhbubə xanım işindən azad edildi. Onun yerinə başqası təyin edildi. Onun bir ana, bacı, xala, valideyn kimi kimsəsiz uşaqlara dəstək olmasını arzulayıram. İnşallah, uşaqlar heç bir problem yaşamazlar” deyə, bildirib.

Qeyd edək ki, M.Hüseynova əvvəlcə uşaq evi ilə bağlı yayılan video ilə, daha sonra isə videonu çəkən tərbiyəçi Gülcan Nağıyevanı işdən çıxarması ilə gündəmə gəlmişdi.

Bunla bağlı Tolik verilişində mövzu qoymuş, videosu yayılan uşağa dəstək olmuşdu.