İdman

Günün transfer şayiələri: “Liverpul” MS-nin futbolçusunu alır

Günün transfer şayiələri: “Liverpul” MS-nin futbolçusunu alırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

“Daily Star”: “Liverpul” “Mançester Siti”nin yarımmüdafiəçisi Kalvin Fillipsə elçi düşüb. 27 yaşlı futbolçu Xosep Qvardiolanın rəhbərliyi altında heyətə düşməkdə çətinlik çəkir. Bu səbəbdən Kalvin mövsümün sonunda Mançesteri tərk etməyi planlaşdırır. Fürsətdən faydalanmağa çalışan “Liverpul” futbolçunu yayda heyətinə qatmağı düşünür. “Mersisaydlılar” Kalvin üçün 40 milyon avro ödəməyə hazırdır.

“Sky Sports”: “Fülhem” “Benfika”nın müdafiəçisi Aleks Qrimaldonun heyətinə qatmağı düşünür. 27 yaşlı ispaniyalı yayda azad agent olacaq. “Fülhem” onu iyunda icarə müddəti başa çatıb PSJ-yə qayıdacaq Leyvin Kurzavaya əvəzedici olaraq görür. “Barselona”nın yetirməsi “Yuventus”, “Milan”, “Vilyarreal” və “Valensiya”nın da diqqət mərkəzindədir.

“Sky in Germany”: “Mançester Yunayted” “Layptsiq”in vingeri Dani Olmo ilə maraqlanır. İspaniyalı futbolçu Bundesliqa klubunun müqaviləni yeniləmək təklifi geri çevirib. Olmonun sözləşməsi gələn il başa çatacaq. Futbolçunu pulsuz buraxmaq istəməyən “Layptsiq” onu 30 milyon avroya satmaq fikrindədir. Bu məbləğ “Mançester Yunayted”in də budcəsinə uyğundur.