Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
“Daily Mail”: “İnter” “Fulhem”in müdafiəçisi Tosin Adarabioyo ilə maraqlanır. A Seriyası klubu futbolçunu Milan Şkrinyara əvəzedici olaraq görür. Şkrinyarın “İnter”lə müqaviləsi mövsümün sonunda başa çatır və o, PSJ-yə keçmək niyyətindədir. “Fulhem”in “Mançester Siti” ilə oyunlarında Tosinin rəqib hücumçu Erlinq Holanda qarşı çıxışı italyanların diqqətini çəkib.
“Le10 Sport”: “Ayntraxt”ın hücumçusu Randal Kolo Muani nəhənglərin diqqətini çəkib. “Mançester Yunayted”, PSJ və “Bayern Münhen”dən sonra “Real Madrid” də fransalı forvarda elçi düşüb. Almaniya təmsilçisi 24 yaşlı forvard üçün 100 milyon avro tələb edir.
“CalcioMercato”: “Nyukasl” “İnter”in iki futbolçusuna elçi düşüb. Bunlar müdafiəçi Denzel Damfris ilə yarımmüdafiəçi Martselo Brozoviçdir. İtaliya klubunun maliyyə sıxıntısından istifadə etməyə çalışan ingilislər yayda hər iki futbolçunu transfer etməyi planlaşdırır.
Follow @7timesaz