İdman

Günün transfer şayiələri: “Qalatasaray” hücumçusu ilə bağlı qərar verdi

Günün transfer şayiələri: “Qalatasaray” hücumçusu ilə bağlı qərar verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

“Tuttomercato”: “Qalatasaray”ın hücumçusu Dris Mertens daha bir mövsüm Türkiyədə qalacaq. Keçən yay azad agent olaraq İstanbul klubuna keçən sabiq “Napoli”li futbolçu ilə 1+1 müqavilə imzalanmışdı. Mertensin sözləşməsinə əsasən müqavilə avtomatik olaraq 2024-cü ilin iyun ayına qədər uzanacaq.

İnsayder Canluka Di Martsio: “Nyukasl” ötən yay 35 milyon avroya “Lill”dən aldığı müdafiəçi Sven Botmanla vidalaşmağı planlaşdırır. 23 yaşlı niderlandlı futbolçunun 30 milyon avroya satılacağı gözlənilir. Botmanın transferindən əldə olunan məbləğə “Torino”dan Perr Sxyurs alınacaq.

“The Sun”: “Mançester Yunayted” və “Bayern Münhen”in Viktor Osimxenlə bağlı xəyalları puç olub. “Napoli”də çıxış edən 24 yaşlı nigeriyalı hücumçu mətbuata açıqlamasında klubunu dəyişməyəcəyini bildirib. O, dünyanın ən böyük klublarından birinin formasını geyindiyini dilə gətirib.