İdman

Günün transfer xəbərləri: Fatih Terim La Liqada?

Günün transfer xəbərləri: Fatih Terim La Liqada?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

“Bild” nəşri: “Yoahim Löv karyerasını bərpa etməyi planlaşdırır. 62 yaşlı mütəxəssis bu yaxınlarda “Ştutqart”da məsləhətçi vəzifəsini tərk edib. Löv baş məşqçi postuna qayıtmaq niyyətindədir”.

 

“Carrusel Deportivo” nəşri: “Sevilya”nın baş məşqçisi postuna mümkün namizədlərdən biri də türkiyəli mütəxəssis Fatih Terimdir”.

“Todo Fichajes” nəşri: “İnter Milan” gözlərini “Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Bekə dikib. 25 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 20 milyon avrodur”.

“TyСSports” telekanalı: “Lautaro Martinez gələcəkdə karyerasını “Bayern Münhen”də davam edə bilər”.