“Hakim “Gürcü arzusu” partiyası oktyabrın 26-da parlament seçkilərini udarsa, bunun ağır nəticələri ola bilər”.
7Times.az xəbər verir ki, belə bir xəbərdarlıqla Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili çxış edib.
“Növbəti günlərdə, həm seçkilər dönəmində, həm də sonrakı günlər provokasiyalar gözləyirəm”, – Saakaşvili həbsxanadan yerli mətbuata müsahibəsində deyib.
2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu” oktyabrın 26-da keçiriləcək parlament seçkilərini udarsa, idarəçilik müddətini uzada bilər. Saakaşvilinin əsasını qoyduğu Vahid Milli Hərəkat daxil olmaqla müxalifət qrupları bunun Gürcüstanda demokratiyanı sarsıdacağını deyirlər.
“Gürcü arzusu” qarşıdan gələn seçkiləri hərb və sülh arasında həyati seçim kimi təqdim edir. Partiyanın seçki kampaniyasına Ukraynadakı müharibədən dağıntıların ağ-qara fotoları ilə dinc və çiçəklənən Gürcüstanın rəngli fotolarından ibarət posterlər daxildir. Partiyanın qurucusu və de-fakto lideri Bidzina İvanişvili hətta deyir ki, Gürcüstan 2008-ci ildə Rusiya ilə müharibəyə görə üzr istəməlidir.
Saakaşvili bildirib ki, Rusiya Gürcüstana qarşı “hibrid müharibə” aparır, “Gürcü arzusu” hakimiyyətdə qalarsa, ölkənin gələcəyi yaxşı olmayacaq.
“Onlar seçkini saxtalaşdıraraq hakimiyyətdə qalarlarsa, Gürcüstan daha müstəqil ölkə olmayacaq”, – Saakaşvili deyib.
Ancaq o, nikbinliklə əlavə edib ki, “12 ildir müqavimət bayrağı ətrafında birləşmişik, yeni nəsil gəlir, Gürcüstanda doğulan, Rusiyaya deyil, Avropaya yönələn nəsil”.
Saakaşvili həbsxana şəraitindən gileylənib, üç ildir gün üzünə, təmiz havaya həsrət qaldığını deyib. O, telefon zənglərinin də yasaqlandığını sözlərinə əlavə edib.
“AzPolitika”
Follow @7timesaz