Gürcüstanın mədəniyyət xadimləri, alimləri, blogerləri Qarabağa səfər ediblər.
Axşam.az xəbər verir ki, Gürcüstanın opera müğənnisi Jakeli Lamze Şuşada “Ey Vətən” mahnısını ifa edib. Digər gürcüstanlı müğənni Veriko Turaşvili isə Qarabağda “Sarı gəlin” mahnısını səsləndirib.
Turaşvili bildirib ki, “Laçın” və “Sarı gəlin” mahnılarını Azərbaycan və gürcü dillərində yazdırıb, Şuşada və Laçında onlar üçün klip çəkdirib.