Rusiyaya məxsus turist gəmisi Batumi limanından uzaqlaşdırılıb.
“AzPolitika.info” xəbər verir ki, iyulun 27-də Soçi şəhərindən yola düşən gəmi Batumi limanına daxil olub. Bundan sonra Batumi sakinləri Rusiyadan gələn gəmiyə görə etiraz aksiyası keçiriblər.
Akisiya iştirakçıları “Abxaziya Gürcüstandır”, “Rusiya işğalçıdır”, “Rusiya bizi vətənimizdən, həyatımızdan və gələcəyimizdən məhrum edir” kimi, plakaltlar qaldırıblar. Gəmi bir saat ərzində Batumi limanını tərk edib.Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili sözügedən aksiyanı dəstəkləyib.
Follow @7timesaz