“Gürcüstan Cənubi Qafqazda sülhü dəstəkləməklə yanaşı, Azərbaycan, Ermənistan və Türkiyə ilə əlaqələri möhkəmləndirir”.
7Times.az “1tv.ge”yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili bu ölkədə akkreditə olunan diplomatların “Səfirlər – 2024” konfransında deyib.
O əlavə edib ki, həmin siyasət daha da inkişaf etdiriləcək. M. Kavelaşvili Gürcüstan – ABŞ münasibətlərinə də toxunub.
Bu ölkənin yeni liderinin sözlərinə görə, yeni hakimiyyətin ABŞ ilə münasibətlərdən gözləntiləri ölkələr arasındakı fikir ayrılıqlarının aradan qaldırılması və bütün sahələrdə əməkdaşlığın inkişafıdır:
“Ölkəmiz Cənubi Qafqazda sabitliyin möhkəmlənməsində maraqlıdır. Bu məqsədlə Azərbaycan, Türkiyə və Ermənistanla münasibətləri daha da inkişaf etdirir. Ölkəmiz bu məsələdə önəmli səylər göstərir. ABŞ ilə prioritetimiz dəyişməz qalır. Biz Tramp Administrasiyasından ikitərəfli əlaqələrdəki anlaşılmazlıqların aradan qaldırılmasını, eləcə də Strateji Tərəfdaşlıq haqqında Xartiyada müəyyən edilən prioritetlərin reallaşdırılmasını gözləyirik”.
Yeni prezident M.Kavelaşvili ölkənin Konstitusiya ilə müəyyənləşdirilən qərbmeylli kursunun həm daxili, həm də xarici siyasətdə təxribat həyata keçirilməsi üçün alətə çevrildiyini deyib.
Yeni dövlət başçısı Gürcüstanın Avropa İttifaqına üzvlüyü üzrə danışıqlara başlamağa hazır olduğunu bir daha təkrarlayıb:
“Bu kimi addımlar cəmiyyətdə qütbləşmə meyllərinin yayılmasına səbəb olur. Elə ona görə də bizim əsas vəzifəmiz bu halların qarşısını almaqdır. Əsas məqsədimiz Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olmaqdan ibarətdir. Gürcüstan 2030-cu ildə Aİ-yə üzvlüyə tam hazır olacaq, lakin indidən bu məqsədlə danışıqlara başlamağa hazırıq”.
APA
Follow @7timesaz