Dünya

Gürcüstan gələn həftə Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsi alacaq

Gürcüstan gələn həftə Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsi alacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüyə müraciəti ilə bağlı sorğu vərəqəsini gələn həftə əldə edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin sözçüsü Mari Narçemaşvili bildirib.

Onun sözlərinə görə, vərəqəni əldə etməklə Gürcüstan Aİ-yə interqasiya prosesində yeni mühüm mərhələyə daxil olacaq: “Gürcüstan üzvlüyə müraciətin təqdim edilməsi üzrə növbəti prosedura fəal hazırlaşır. Biz əminik ki, Gürcüstan bu prosesdə uğura nail olacaq. Gürcüstanın assosiasiyalı ölkələrlə birgə sorğu vərəqəsini belə qısa vaxt ərzində əldə etməsi faktı avropalı tərəfdaşların Gürcüstanın inteqrasiya prosesinə və uğurlu islahatlarına dəstəyinin təsdiqidir”.

Qeyd edək ki, qonşu ölkə Aİ-yə tamhüquqlu üzvlüklə bağlı rəsmi müraciəti 2024-cü ildə etməyə hazırlaşırdı. Baş nazir İrakli Qaribaşvili bu ilin martın 3-də ittifaqa üzvlüklə bağlı müraciət imzalayıb. Aİ sənədi qəbul edib və Avropa Komissiyasında məsələnin müzakirəsinə artıq başlanılıb.