“Gürcüstan NATO-ya qoşulmağa hazırdır” – Qaribaşvili

“Gürcüstan NATO-ya qoşulmağa hazırdır” – Qaribaşvilibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Gürcüstan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmağa hazırdır”.

7times.az sfera.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz üzvlük üçün bütün praktiki alətlərə sahibik və Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı siyasi həllin hazırlanması üçün müttəfiqlərimizlə fəal dialoq aparırıq”, – deyə Qaribaşvili söyləyib.
Bununla yanaşı, Stoltenberq Gürcüstanın Alyansa üzvlüyünün tarixini açıqlamayıb.
Onun sözlərinə görə, NATO Gürcüstandan son illərdə inkişaf etdirmək üçün üzərində çalışdığı demokratik standartlara əməl edəcəyini gözləyir.
Baş katib vurğulayıb ki, məhkəmə islahatları, media azadlığı və təhlükəsizlik sektorunun hesabatlılığına dair işlərin davam etdirilməsi çox vacibdir.