Dünya

Gürcüstan prezidenti: İşğalın müvəqqəti olduğuna inanırıq

Gürcüstan prezidenti: İşğalın müvəqqəti olduğuna inanırıqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Gürcüstan ərazilərini işğal etdiyindən ölkələr arasında diplomatik münasibətlər mövcud deyil, sadəcə iqtisadi əlaqələr mövcuddur.

7Times.az xəbər verir ki, bunu Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvili deyib.

“Bizim əsas siyasətimiz sülh siyasətidir. İşğal olunmuş ərazilərdə abxaz və osetin qardaş bacılarımız yaşayır. Biz işğalın müvəqqəti olduğuna inanırıq. Ümid edirik ki, gələcəkdə Gürcüstan vahid və inkişaf etmiş dövlətə çevriləcək”, – o qeyd edib.

O eyni zamanda Gürcüstandakı son ictimai-siyasi böhranla bağlı məsələyə aydınlıq gətirərək deyib ki, bu süni şəkildə yaradılıb.

Bunun səbəbini açıqlayan Kavelaşvili bildirib ki, xarici ölkələr Gürcüstandan Rusiyaya qarşı müharibəyə qoşulmağı tələb ediblər və rədd cavabı aldıqlarından təzyiq göstərməyə başlayıblar.