Gürcüstan Ukraynaya hücuma görə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub.
Modern.az xəbər verir ki, bu barədə “CNN” telekanalına müsahibəsində Gürcüstan Prezidenti Salome Zurabişvili məlumat verib.
“Biz bütün beynəlxalq maliyyə sanksiyalarında, Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrdə iştirak edirik”, – deyə Zurabişvili bildirib.
Follow @7timesaz