Dünya

Gürcüstan Türkiyəyə axtarış-xilasetmə qrupu göndərdi

Gürcüstan Türkiyəyə axtarış-xilasetmə qrupu göndərdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hökuməti Kahramanmaraşda baş verən zəlzələlərdə dağıntılar altında qalanların xilas edilməsinə dəstək olmaq üçün Türkiyəyə axtarış-xilasetmə qrupu göndərib.

7Times.az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, 60 nəfərdən ibarət axtarış-xilasetmə qrupu artıq yola düşüb.

Açıqlamada o da bildirilib ki, təlim keçmiş itlər və müvafiq avadanlıqlar komanda ilə birlikdə Türkiyəyə göndərilib.