Dünya

Gürcüstanda banka basqın edən şəxs tələbini bildirdi, 2 saat vaxt qoydu

Gürcüstanda banka basqın edən şəxs tələbini bildirdi, 2 saat vaxt qoydubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Zuqdidi şəhərində “Gürcüstan Bankı”nın filialına silahlı basqın edilib.

7times.az “Report”a istinadla xəbər verir ki, naməlum şəxsin avtomat və qumbara ilə silahlandığı bildirilir.

Yayılan məlumatlara əsasən, bankın əməkdaşları və müştərilər girov götürülüb. Girovların bir neçəsi dam vasitəsilə bankın binasını tərk etməyə nail olublar.

Zuqdididə “Gürcüstan Bankı”nın filialına silahlı basqın edən şəxs yarım milyon dollar tələb edir. Bu barədə girovluqda olan şəxslərdən biri bildirib. Onun sözlərinə görə, hazırda silahlı şəxs 19 nəfəri giovluqda saxlayır və tələbi yerinə yetirilməyəcəyi təqdirdə qumbaranı partladacağı ilə təhdid edir.

Basqınçı bankı təhlükəsiz tərk etməsi barədə zəmanət də tələb edir. Tələblərin yerinə yetirilməsi üçün basqınçı iki saat vaxt verib.