Dünya

Gürcüstanda banka basqın edən silahlı şəxs polisə təslim olub

Gürcüstanda banka basqın edən silahlı şəxs polisə təslim olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zuqdididə xüsusi əməliyyat başa çatdırılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, silahlı basqınçı əli qandallı bankın binasından çıxarılıb.

Yayılan məlumatlara əsasən, cinayətkar polisə təslim olub.

Bütün girovlar sərbəst buraxılıb.

Xatırladaq ki, silahlı şəxs “Gürcüstan Bankı”nın Zuqdidi filialına bu gün saat 14:21-də basqın edib. O, 500 min dollar, helikopter və xüsusi təyinatlıların bankın perimetrindən uzaqlaşmasını tələb edib. Tələblərin yerinə yetirilməsinə basqınçı iki saat vaxt vermişdi.