Dünya

Gürcüstanda dəmiryolunda qəza zamanı bir azərbaycanlı ölüb, daha 3 nəfər xəsarət alıb

Gürcüstanda dəmiryolunda qəza zamanı bir azərbaycanlı ölüb, daha 3 nəfər xəsarət alıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 26-da Gürcüstanın Tsalka rayonunda bərpa işləri zamanı texniki qatar relsdən çıxıb, hadisə zamanı bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb.

Bu barədə 7Times.az yerli mətbuata istinadən xəbər verir.

“Gürcüstan Dəmir Yolları” bildirib ki, bərpa işlərini həyata keçirən Azərbaycan şirkətidir, ölən və yaralananlar da bu ölkənin vətəndaşlarıdır.

Hadisə ilə əlaqədar Gürcüstanın Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə cinayət işi başlanıb.