Dünya

Gürcüstanda genişmiqyaslı aksiya – Polis sərt müdaxilə edib

Gürcüstanda genişmiqyaslı aksiya – Polis sərt müdaxilə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamenti önündə “xarici agentlər” haqqında qanun layihəsinə qarşı etirazlar gecə boyu davam edib.

7Times.az  xəbər verir ki, etirazçılar parlamentin yaxınlığında polisin qurduğu barrikadanı yarıblar.

Polis əməkdaşları aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Ombudsman Levan İoselaiani vəziyyətlə tanış olmaq üçün mitinq ərazisinə gəlib. Etirazçılar ona yumurta atıb və “Rusiyanın adamı” adlandıraraq ərazidən qovublar.

Polislər “Qirçi” Partiyasının lideri Zurab Caparidzeni aksiyaçıların arasından çıxarıb və parlamentin həyətinə apararaq onu döyüblər.

Xüsusi təyinatlı qüvvələr gözyaşardıcı qaz və su şırnaqlardan istifadə edərək aksiyanı dağıtmağa başlayıb. İnsanlar yaxınlıqdakı küçələrə qaçıblar.