Gürcüstanda ötən sutka ərzində 81 nəfər koronavirusdan dünyasını dəyişib.
7Times.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, son 24 saat ərzində 3212 yeni yoluxma halı aşkar olunub, 5017 nəfər COVID-19-dan sağalıb.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda 556 909 yoluxma və 7563 ölüm faktı aşkarlanıb. Həmçinin pandemiya ərzində sağalanların sayı 502 534 nəfər təşkil edir.
Follow @7timesaz