Dünya

Gürcüstanda ötən il 427,4 min ton taxıl bitkiləri yetişdirilib

Gürcüstanda ötən il 427,4 min ton taxıl bitkiləri yetişdirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda ötən il 427,4 min ton taxıl – qarğıdalı, buğda və arpa yetişdirilib, bu da 2020-ci illə müqayisədə 6,1 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətindən məlumat verilib.

Bildirilirb ki, 2021-ci ildə ölkədə 136,1 min ton buğda istehsal olunub. Bu da 2020-ci il ilə müqayisədə 32,9 faiz çoxdur.

Hesabat dövründə Gürcüstanda arpa istehsalı 2020-ci illə müqayisədə 28,4 faiz artaraq 58,3 min tona çatıb. Qarğıdalı məhsulu istehsalı isə 233 min ton təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 8,6 faiz azdır.

Ötən il ölkədə ümumilikdə 212,1 min hektar sahədə taxıl səpilib. Bunun da 79,4 min hektarını qarğıdalı, 50,6 min hektarını buğda, 28,1 min hektarını isə arpa təşkil edib.

Məlumatda qeyd olunub ki, Gürcüstan hər il 650 min tonadək buğda istehlak edir ki, bunun da yalnız 15 faizi yerli istehsal hesabına ödənilir. Qalan hissə isə idxal olunur. Xaricdən alınan buğdanın da 90 faizi Rusiyadan idxal olunur.

Gürcüstan hökuməti qarşıdakı yaxın illərdə buğda istehsalının həcmini üç dəfədən çox – ümumi məhsulun 50 faizinə qədər artırmağı planlaşdırır.