Dünya

Gürcüstanda torpaq sürüşməsi – 16 nəfər dağıntılar altında qaldı

Gürcüstanda torpaq sürüşməsi – 16 nəfər dağıntılar altında qaldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın qərbindəki Şovi kurortunda torpaq sürüşməsi baş verib.

7Times.az  yerli mətbuata istinadən xəbər verir ki, 6-sı uşaq olmaqla 16 nəfər dağıntılar altında qalıb.

“Sunset Shovi” hotelinin yaxınlığında baş verən hadisə yerinə xilasedicilər cəlb edilib, əraziyə xüsusi texnika, o cümlədən iki sərhəd polis helikopteri göndərilib.

Yerli sakinlərin sözlərinə görə, vəziyyət çox ağırdır – dağın böyük hissəsi uçub, kotteclər və ətraf ərazilər dağılıb. Məlumata görə, sel Şoviyə gedən yolu da bağlayıb.

Daxili İşlər Nazirliyi qurbanlar barədə məlumatın olmadığını bildirir.