Dünya

Gürcüstanın daxili işlər naziri istefa verib

Gürcüstanın daxili işlər naziri istefa veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri istefa verdiyini bəyan edib.

“7Times.az” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

“Mən 10 ildən çoxdur ki, Gürcüstanın daxili işlər naziri, dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Baş nazirin müavini vəzifələrini tutmuşam. Əlbəttə, bu illər ərzində yüksək dövlət vəzifələrini tutmaq çox zəhmət tələb edən işdir. Bu gün, ölkədə sakit vəziyyət olduğu bir zamanda komandadan xahiş etdim ki, mənə ailəmə daha çox vaxt ayırmaq imkanı versinlər”, – V.Qomelauri bəyanatında bildirib.

O qeyd edib ki, hakim “Gürcü Arzusu” partiyasının komandasına sadiq qalır və gələcəkdə dövlətin yanında durmağa hazırdır.