Dünya

Gürcüstanın xilasediciləri Türkiyədən vətənə qayıdıblar

Gürcüstanın xilasediciləri Türkiyədən vətənə qayıdıblarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin xilasediciləri fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən zərər çəkən Türkiyədə missiyasını başa vurub.

7Times.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, gürcüstanlı xilasedicilər xüsusi çarter reysi ilə vətənə qayıdıblar.

Tbilisi Beynəlxalq Hava Limanında xilasediciləri daxili işlər nazirinin müavini İoseb Çelidze, fövqəladə halların idarə olunması xidmətinin rəhbəri Teymuraz Mqebrişvili və Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay qarşılayıb və humanitar əməliyyatın iştirakçılarına missiya zamanı göstərdikləri fədakarlıqlara görə təşəkkür ediblər.

Xilasetmə texnikası və ləvazimatları olan xilasedicilərin bir qismi quru yolu ilə vətənə qayıdacaq.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qərarı ilə təbii fəlakətin ilk günü gürcü xilasediciləri Türkiyəyə, Adıyaman şəhərinə yola düşüb və rotasiyadan sonra əməliyyatı Hatay vilayətinin Antakya şəhərində davam etdiriblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə işlərində ümumilikdə 200-ə yaxın xilasedici iştirak edib.