Dünya

“Güzəşt? Putinəmi? Xeyr, olmayacaq…” – Zelenskidən VACİB AÇIQLAMALAR

“Güzəşt? Putinəmi? Xeyr, olmayacaq…” – Zelenskidən VACİB AÇIQLAMALARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç bir potensial sülh müqaviləsində öz ərazilərimizi Rusiyaya güzəştə getməyəcəyik”.

 

7Times.az  bildirir ki, bunu Ukrayna lideri Volodimir Zelenski “BBC”yə açıqlamasında deyib. O, qeyd edib ki, ərazilərin güzəşti Rusiyanın təkrar geri qayıtması anlamına gəlir.

 

Zelenski həmçinin, gözlənilən yaz hücumunun artıq başladığını söyləyib.

 

“Rusiyanın bir neçə istiqamətdən hücumları artıq başlayıb. Qərbdən daha çox hərbi yardımlar gəlməlidir. Bununla belə, Ukrayna qüvvələri əks hücuma başlayana qədər Rusiyanın irəliləyişinə müqavimət göstərə bilər. Təbii ki, müasir silahlar sülhü sürətləndirir. Rusiyanın anladığı yeganə dil silahdır”, deyə Ukrayna lideri əlavə edib.

 

Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkonun “Hətta bircə ukraynalı əsgər belə sərhədi keçərsə, rus qoşunları ilə müharibəyə qoşulacağıq” hədəsinə də cavab verib.

 

“Ümid edirəm ki, onlar müharibəyə girməyəcəklər. Bu olarsa, döyüşəcəyik və sağ qalacağıq. Ümumiyyətlə, Rusiya qüvvələrinin yenidən hücuma keçməsi üçün Belarus ərazisindən istifadə etməsi “böyük səhv” olacaq”.

 

Müharibənin necə bitəcəyi ilə bağlı suala Zelenski “Ukraynanın sağ qalmaq üçün mübarizə apardığına inanıram” cavabını verib. Ukrayna lideri həmçinin bəyan edib ki, ölkəsi həm iqtisadiyyat, həm də dəyərlər baxımından Avropaya doğru irəliləyir.

 

“Biz bu yolu seçmişik və təhlükəsizlik zəmanəti istəyirik. İstənilən ərazi güzəşti bizi daha zəif ölkəyə çevirəcək. Burada məsələ güzəştin özündə deyil. Bundan niyə qorxmalıyıq? Həyatda hər gün milyonlarla güzəştə gedirik. Məsələ odur ki, kimə? Putinəmi? Xeyr. Çünki güvən yoxdur. Onunla dialoq? Xeyr. Çünki güvənmirik”.

Sfera.az