Maqazin

Hadisə boşanır? – Son hadisələr iddiaları gücləndirdi

Hadisə boşanır? – Son hadisələr iddiaları gücləndirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən aylarda gizli şəkildə nikah masasına oturan Hadisə və Mehmet Dinçerlerin evliliklərində problem olduğu iddia edilib. 

 

7Times.az  bildirir ki, cütlüyün bir müddət üzüklərini taxmaması diqqət çəksə də, ötən gün Hadisənin konsertdə ağlaması və həyat yoldaşı Mehmet Dinçerlerin ad günündə paylaşım etməməsi bu iddiaları gücləndirib.

 

Son zamanlar birlikdə görünməyən ikilinin ayrılmaq qərarına gəldiyi bildirilib.

Qeyd olunub ki, Hadisə nikahdan sonra bütün konsertlərində Mehmet Dinçerlerin evlilik təklifi zamanı hədiyyə etdiyi 3 milyon lirəlik brilliant üzüyü həmişə taxıb, lakin məşhur pop müğənnisinin son iki konsertində üzüyü taxmaması çaşqınlıq yaradıb. Mehmet Dinçerler də dünən axşam bir tədbirdə görüntülənib. Dinçerlərin üzüyünü taxmaması ayrılıq iddiasını gündəmə gətirib.

 

Qeyd edək ki, şəxsi həyatı ilə bağlı çox danışmayan Hadisə ötən günlərdə verdiyi konsertdə “Küçük yol” mahnısını oxuyarkən göz yaşlarına boğulub  və bu, onun pərəstişkarlarını təəccübləndirib.