Türkiyəli məşhur müğənni Hadisə ilə evlənməyə hazırlaşan biznesmen Mehmet Dinçerler qəribə addım atıb.
Borclarına görə gündəmdən düşməyən Dinçerler “Instagram” hesabını bağlayıb.
Ötən həftələrdə iş adamının Hadisəyə 3 milyon lirəlik (380 950 AZN) üzük almasına ortağı “Milyonluq üzük aldığına, borclarını ödəsin”, – deyə cavab vermişdi.
Dinçerlerin üç şirkətinin idarə və nəzarət səlahiyyəti məhkəmə tərəfindən təyin olunan qəyyuma həvalə olunacaq. Mehmet Dinçerlər “Instagram” hesabını son günlər barəsində səsləndirilən borc iddialarından sonra bağladığı bildirilir.