Dünya

Hakan Fidan və Antoni Blinken son 3 gündə ikinci dəfə telefonla danışıblar

Hakan Fidan və Antoni Blinken son 3 gündə ikinci dəfə telefonla danışıblarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller də telefon danışığı ilə bağlı özünün tviter hesabında paylaşım edib.

O bildirib ki, tərəflər sabah, iyulun 11-də başlayacaq NATO sammitini və İsveçin Alyansa üvzlüyünü müzakirə ediblər:

“Antoni Blinken və Hakan Fidan, həmçinin transsərhəd humanitar yardım və ikitərəfli müdafiə sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar”.

Xatırladaq ki, diplomatlar sonuncu dəfə iyulun 8-də telefonla danışıblar.