Dünya

Hakim qarşısına bu vəziyyətdə çıxdılar FOTOLAR

Hakim qarşısına bu vəziyyətdə çıxdılar FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada 130-dan çox insanın ölümünə səbəb olan konsert salonuna hücumu törətməkdə ittiham olunan 4 şübhəlidən üçü Rusiya məhkəməsində cinayətlərini etiraf edib.

7Times.az  xəbər verir ki, Tass xəbər agentliyi “terror aktı”nda ittiham olunanların adlarını açıqlayıb: Dalerjon Mirzoyev, Saidakrami Murodali Rachabalizod, Muhammadsobir Fayzov və Şəmsidin Fəriduni.

Moskvanın Basmannı rayon məhkəməsi 32 yaşlı Dalerjon Mirzəyevi, Səidəkrami Rəçabalizoda, 30; Məhəmmədsobir Faizov, 19; və 25 yaşlı Şəmsidin Fariduni başqalarının ölümü ilə nəticələnən qrup terror aktı törətməkdə ittiham olunurlar. Ölkədə bu cinayətə görə maksimum cəza ömürlük həbsdir.

Məhkəmə hamısı Tacikistan vətəndaşı olan bu şəxslərin mayın 22-dək istintaq təcridxanasında saxlanmasına qərar verib.

Mirzəyev, Rəçabəlizoda və Fəriduni ittiham olunduqdan sonra cinayətlərini etiraf ediblər. Şübhəlilərin məhkəmə zalında hakim qarşısına çıxmağı gözləyən anlar fotojurnalistlər tərəfindən lentə alınıb.

Kadrlarda şübhəlilərin üzündəki zərbələr aydın görünürdü. Yayımlanan görüntülərdə hər dörd şübhəlinin bədəninin müxtəlif yerlərində yaralar görülüb. Şübhəlilərdən birinin əlil arabasında gətirildiyi də qeyd edilib.

Rusiya mətbuatında 3 şübhəlinin dindirilmə zamanı təhlükəsizlik orqanları tərəfindən işgəncələrə məruz qalması xəbərinin ardınca 3 şübhəlinin üzləri şişmiş və ağır göyərmiş görüntüləri dünya gündəminə düşüb.