Türkiyənin Balıkesir vilayətində 3 aylıq hamilə olan 19 yaşlı Hazal Alpyörükü 97 bıçaq zərbəsi ilə öldürən Kadir Meşenin ilk məhkəmə iclası keçirilib.
Musavat.com xəbər verir ki, qatilin məhkəmədə deyidiyi sözlər hər kəsi şoka salıb.
“Qətli törədib getdikdən sonra yenidən evə qayıtdım, həyat yoldaşım ölməmişdi. Onun yataqda can verdiyini gördüm, yenidən bıçaqlamağa aşladım. Həyat yoldaşım Hazal narkotik istifadə edirdi. Həm də bətnindəki körpə mənim deyildi.”,-deyə Kadir Meşe bildirib.
İclasda söz alan təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışında onun psixoloji problemlərinin olduğunu bildirib.
“Müvəkkilimin uzun müddət narkotikdən istifadə etdiyi üçün psixologiyasının yerində olmadığını düşünürük. Bu səbəbdən onun psixi və sağlamlıq xəstəxanasına göndərilməsini xahiş edirik. Müvəkkilim 7-8 dəfə palata dəyişib. Onun psixi sağlamlığı yaxşı deyil. Bu səbəbdən onun məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasını tələb edirik”,-deyə Kadir Meşenin vəkili bildirib.
Follow @7timesaz