İstanbul hava limanında qadın sərnişinin üzərinə baxış keçirən polislər heyrətə gəlib.
7Times.az xəbər verir ki, qadının qarnının böyük olduğunu görən polislər əvvəlcə onun artıq çəkili və ya hamilə olduğunu güman edib.
Qadının şübhəli davranışları polislərin diqqətini cəlb edib. Axtarışlar zamanı qadının qarnına çanta bağladığı məlum olub. Çantanın içinə baxış zamanı ümumi dəyəri 2,5 milyon lirə olan qızıl-zinət əşyaları aşkar edilib.
Məlumata görə, sərnişin Albaniya vətəndaşı olub. O sərbəst buraxılsa da, məhkəmənin nəzarəti altındadır.