“Taliban”ın Kabili ələ keçirməsi ilə bağlı “Washington Post” qəzeti diqqətçəkən iddia irəli sürüb.
7Times.az xəbər verir ki, qəzetin iddiasına görə, Dohada baş tutan danışıqlar zamanı “Taliban” ABŞ-a iki şərt irəli sürüb: “Ya Kabilin təhlükəsizliyini siz təmin edin, ya da Kabilə daxil olmağımıza imkan verin”.
Bildirilir ki, hadisələrin gedişatından da göründüyü kimi ABŞ ikinci təklifə razılıq verib. Yəni Kabili “Taliban”a ABŞ özü təhvil verib. Açıqlamaya görə, burdan da belə nəticəyə gəlmək olar ki, “ABŞ-ın “Taliban”ın Kabili qısa müddətdə ələ keçirməsini gözləmirdik” kimi bəyanatlarının əsası yox imiş. Vaşinqton hadisələrin belə olacağını ehtimal edirmiş. ABŞ-ın hadisələri “təəccüb” içində qarşılaması əsassız imiş. Politoloqlar bildirir ki, ABŞ təxliyə prosesində uğursuzluğa düçar olduğu üçün belə “təəccüblü” mesajlar verərək, ictimaiyyətin qınağından yayınmağa çalışır.
Metbuat.az
Follow @7timesaz