Maqazin

Harri Stayls gündə nə qədər qazanır?

Harri Stayls gündə nə qədər qazanır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur müğənni Harri Staylsın günlük qazancı ortaya çıxıb.

Axşam.az xəbər verir ki, “The Sun” nəşrinin əldə etdiyi sənədlərə görə, ifaçı keçən il gündə 105 min funt-sterlinq gəlir əldə edib.

Ümumi məbləğin 38,5 milyon funt sterlinqini sənətçi albom satışından qazanıb.

Harinin musiqi biznesinin 2022-ci il üçün aktivləri 106 milyon funt sterlinq dəyərində qiymətləndirilir.

Mütəxəssilər hesab edir ki, bu il 169 stadion konsertini tamamlamağa çalışan müğənninin gəliri ötən ildən daha da çox olacaq.