“Associated Press” (AP) agentliyinin NORC İctimai Əlaqələr Mərkəzi ilə keçirdiyi sorğunun nəticələrinə əsasən, demokratların namizədi, vitse-prezident Kamala Harrislə respublikaçıların namizədi, keçmiş prezident Donald Tramp arasında fərq böyüyür.
7Times.az xəbər verir ki, sorğunun nəticəsinə əsasən demokratların 83 faizi Harrisin, respublikaçıların isə 80 faizi Donald Trampın qalib gələcəyini düşünür.
Ümumilikdə, ABŞ seçicilərinin 48 faizi Harris haqqında müsbət düşünür, 41 faizi isə Trampı dəstəkləyir. Harrisə qadın seçicilər, Trampa isə kişilər daha çox üstünlük verirlər.
Son sorğunun nəticəsi Harrisin daha çox seçicinin dəstəyini ala biləcəyini göstərir. Əvvəlki sorğularda Harrislə Tramp arasındakı fərq 4-5 faiz olduğu halda son sorğuda fərq 7 faizə yüksəlib.
Sfera.az
Follow @7timesaz