Türkiyədə zəlzələ baş verən bölgədə sadəcə Hatayda 2 binanın altında cəsəd qaldığını ehtimal edirik.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Suleynan Soylu bildirib.
O, digər bölgələrdə axtarış-xilasetmə işlərinin tamamlandığını qeyd edib.
Nazirin sözlərinə görə, indiyədək təxminən 313 min çadır qurulub, konteynerlərin tikintisinə başlanılıb.
Follow @7timesaz