Azərbaycandan Avstraliyaya hava yolu ilə narkotik göndərilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, daxil olan məlumat əsasında sürətli poçt daşıma şirkəti vasitəsilə Azərbaycandan Avstraliyaya göndərilən, ümumi çəkisi 8,45 kiloqram olan poçt bağlaması saxlanılıb.
Bağlamaya əvvəl “Layma” ləqəbli kinoloji xidmət iti tətbiq olunub və xidməti it poçt bağlamasına reaksiya verib. Bundan sonra qanunvericiliyə uyğun olaraq poçt daşıma şirkətinin əməkdaşının və hal şahidlərinin iştirakı ilə yoxlanılan poçt bağlamasından 1 ədəd boz rəngli çarpayı üçün qızdırıcı döşək, 1 ədəd kişi şalvarı və 2 ədəd kişi köynəyi aşkar edilib.