Ölkə

Hava şəraiti dəyişəcək, leysan və qar yağacaq – BU TARİXDƏN 

Hava şəraiti dəyişəcək, leysan və qar yağacaq – BU TARİXDƏNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında mayın 13-ü axşamdan 15-i səhərədək şimal-qərb küləyinin 15-20 ms/, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən 7Times.az -a verilən məlumata görə, bu gün və sabah axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında mayın 13-dən 15-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düçəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı, bəzi kiçik çaylardan qısamüddətli daşqın keçəcəyi ehtimalı var.