Ölkə

Hava yenidən pisləşəcək, dolu və qar yağacaq – Xəbərdarlıq

Hava yenidən pisləşəcək, dolu və qar yağacaq – Xəbərdarlıqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 15-i axşam şimal və qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, 17-dək fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən 7Times.az-a verilən xəbərə görə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

 

Qərb küləyi bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək.

 

Martın 16 və 17-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.