Dünya

Həbsinə order verilmiş Putin heç kimin gözləmədiyini etdi – Ukraynaya qəfil səfər

Həbsinə order verilmiş Putin heç kimin gözləmədiyini etdi – Ukraynaya qəfil səfərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilmiş Rusiya prezidenti Putin Rusiyanın işğalı altında olan Ukrayna ərazisinə qəfil səfərlər edib.

Putin Rusiyanın 2014-cü ildə keçirdiyi referendumla ilhaq etdiyi Krım yarımadasının Sevastopol liman şəhərində yerləşən hərbi qarnizonun yaxınlığında yeni tikilmiş “Korsun” mədəniyyət mərkəzinin və məktəbin açılışında iştirak edib.

Putin Sevastopolda keçirdiyi bir neçə saat ərzində onu vilayət qubernatoru Mixail Razvojayev və xüsusi mühafizə ordusu mühasirəyə alıb. Krım əhalisinə Putinə yaxınlaşmağa icazə verilməyib.

641797684e3fe113e45882fe.jpg (86 KB)

Putinin bundan sonrakı addımı ötən ilin mayında Rusiya qüvvələri tərəfindən işğal edilən Donetsk vilayətinin Mariupol şəhərinə səfəri olub. Bura gələcəyi məxfi saxlanılan Putin ötən gün axşam qaranlığında Mariupola ayaq basıb.

Hərbi helikopterlə şəhərə gələn Putin “Mercedes” markalı rəsmi maşının sükanı arxasına keçərək şəhərin nəqliyyat üçün əlverişli, əsas küçələrindən birində yarım saatlıq ekskursiya edib.

Putin rəsmi avtomobilini idarə edərkən onun yanındakı oturacaqda baş nazirin müavini Marat Husnulin olub. Onların söhbətində Mariupol şəhərinin yenidən qurulması prosesi müzakirə olunub.

641797aa4e3fe113e4588301.jpg (91 KB)

Putin, həmçinin Ukrayna hərbi əməliyyatlarının keçirildiyi Rostov şəhərində, döyüş bölgəsindən 200 kilometr aralıda yerləşən qərargaha gedib. Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov brifinqə başlamazdan əvvəl Putinə üz tutaraq “Cənab prezident, bizi dinləmək üçün nə qədər vaxtınız var?” sualını verib.

Putin deyib: “Bu məsələdə zaman önəmli deyil. Cəbhədəki vəziyyətin təfərrüatlarını öyrənmək nə qədər vaxt aparsa da, dinləməliyəm”.

İşğal olunmuş Ukrayna torpaqlarına getməklə Putin bir ildən artıqdır aparılan müharibənin “milli iş” olduğunu bir daha vurğulayıb. O, Mariupolda və Krıma səfər etməklə “Buralar indi bizimdir” deyə güc nümayiş etdirib.

Rusiya müxalifəti və Ukrayna mediası isə Rusiya liderinin o cür cəsarəti olmadığını iddia edib: “Putin dublyorunu göndərib”.

Musavat.com