Dünya

“Heç bir NATO üzvü Ukraynaya qoşun göndərməyə hazır deyil” – Conson

“Heç bir NATO üzvü Ukraynaya qoşun göndərməyə hazır deyil” – Consonbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib ki, hazırda Ukraynaya böyük kontingent göndərməyə hazır olan bir dənə də olsun, NATO üzvü yoxdur.

7Times.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, Consonun sözlərinə görə, vəziyyətin gərginləşəcəyi təqdirdə NATO qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı azdır, çünki o, alyansın üzvü deyil.
“Bilirəm ki, emosional olaraq çoxları bu fikrə şərikdir. Təbii ki, instinktiv olaraq əksəriyyət Ukraynaya NATO qoşunları şəklində aktiv fiziki dəstək verməyə çağırardı, amma deməliyəm ki, bunun yaxın gələcəkdə baş verəcəyini düşünmürəm. Çünki Ukrayna NATO üzvü deyil”, – Conson parlamentdə çıxış edərkən deyib.